Merci sorbasi.

Bu gün sizə Türk mətbəxindən qırmızı mərci şorbasının hazırlanma qaydasını təqdim edəcəyəm.

Amma əvvəlcə qırmızı mərcinin faydalarından yazmaq istəyirəm.

  1. Tərkibində dəmir və fol turşusunun miqdarı yüksəkdir və bu səbəbdən qanazlığında profilaktik təsir göstərir.
  2. Şəkər xəstələri üçün xeyirli qida maddəsidir, çünki, qanda şəkərin miqdarını azaldır.
  3. Qandakı xolesterolun səviyyəsini normallaşdırır, ürək xəstəlikləri riskini azaldır.
  4. Yoğun bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir.
  5. Yüksək təzyiqi azaltmaq xüsusiyyətinə malikdir.

Lazım olan ərzaqlar:

  • duz
  • 1 x.q. tomat pastası
  • 1 soğan, 1 kartof
  • Qırmızı mərci 1 stəkan
  • 1 böyük kök
  • kərə yağı
  • quru qırmızı bibər (paprika)
  • 1 litr su və ya bulyon

Soğanı xırda doğrayıb kərə yağında qızardın.

Kök və kartofu sürtkəcdən keçirib əlavə edin.

Üzərinə tomat pastası və paprikanı töküb qarışdırın.

Mərcini də yuyub bura əlavə edin və 2 dəqiqə bişirib kənara çəkin.

Bir qazanda suvə ya bulyon qaynadın. Bişirdiyiniz mərcili qarışığı suya töküb, duz vurub mərci bişənə qədər qaynadın və sonda blenderdə xırdalayın.

Çox asan hazırlanan və dadlı şorbadır.

Nuş olsun!

Merci sorbasi

Merci sorbasi

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...