Mimoza salati.

Mimoza salatı bu adı görünüşünün mimoza çiçəklərini xatırlatdığına görə alıb. Bu salatın klassik resepti indi sizə təqdim edəcəyim variantdan fərqlidi.

Klassik mimozada qatlar bu ardıcıllıqla düzülür:

Sürtkəcdən keçirilmiş yumurta ağı, pendir, konserv balıq, sürtkəcdən keçirilmiş dondurulmuş kərə yağı, xırda doğranmış soğan. Ən üstə isə yumurtanın sarıları sürtkəcdən keçirilir. Qatların arasına mayonez çəkilir.

Ancaq Azərbaycanda mən daha çox başqa tərkibli mimoza salatları hazırlandığını görmüşəm. Salatlarda balığı sevmədiyimə görə mən bu salatı toyuq əti ilə hazırlayıram.

Lazım olan ərzaqlar:

  • xama
  • 100 qr holland pendiri
  • 1 böyük kartof
  • 300 qr toyuq filesi
  • 3-4 yumurta
  • 2 böyük kök
  • mayonez
  • duz, istiot

Yumurta, kartof, kök və toyuğu suda qaynadın və təmizləyib soyudun.

1ci qata kartofu sürtkəcdən keçirib duz, istiot vurun, xama və ya mayonez (ikisini birlikdə qata da bilərsiniz) sürtün.

Üstündən kökü sürtkəcdən keçirib tökün, yenə mayonez və ya xama çəkin.

Toyuq ətini xırda doğrayıb və ya əl ilə didib tökün, duz, istiot, mayonez vurun.

Yumurtanı da sürtkəcdən keçirib mayonez və ya xama sürtün.

Ən üstə holland pendiri töküb istədiyiniz kimi bəzəyin.

Mimoza salati

Mimoza salati

Çox dadlı salatdır. Qonaqlıq süfrələriniz üçün əla seçimdi.

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...