//Çevrilmiş Şaftalı Piroqu

Çevrilmiş Şaftalı Piroqu

Piroq resepti saftalili.

Bu şaftalı piroqunun özəlliyi ondadır ki, şaftalılar piroqun altına düzülür, bişdikdən sonra isə piroq tərsinə çevrilir. Ona görə belə piroqlara “çevrilmiş” (upside down) piroqlar deyilir. Meyvələr altda şəkər tozu və kərə yağı ilə birlikdə bişdiyi üçün xüsusi ətir və ləzzətə malik olur. Bir sözlə, hazırlayıb özünüz dadına baxmalısınız.

Lazım olan ərzaqlar:

  • 50 qr kərə yağı
  • 1/2 stəkan qəhvəyi şəkər tozu (ağ ilə əvəz etmək də olar)
  • 3 ədəd şaftalı
  • 1 + 1/4 stəkan un
  • 1 çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • 100 qr kərə yağı
  • 3/4 stəkan şəkər tozu
  • 1 ədəd yumurta
  • 1/2 stəkan süd

50 qr kərə yağını piroqu bişirəcəyiniz qaba qoyub sobada əridin. Üzərinə 1/2 stəkan qəhvəyi və ya ağ şəkər tozu töküb qarışdırın.

Bu qarışımı qabın dibinə bərabər şəkildə yayın.

Şaftalıları çəyirdəyindən ayırıb, nazik dilimlər şəklində doğrayıb şəkərli qarışımın üzərindən düzün.

Piroqun xəmiri üçün bir qabda un, qabartma tozu, duzu qarışdırıb kənara qoyun.

Başqa bir qabda yumşaq 100 qr kərə yağını mikserlə ağarana qədər çırpın. Üzərinə şəkər tozunu əlavə edib qarışdırın. Daha sonra yumurta və vanil əlavə edib mikserlə qarışdırın.

Daha sonra unlu qarışımı əlavə edib mikserin aşağı sürətində qarışdırın. Südü də əlavə edib qatın. Hazırladığınız xəmiri şaftalıların üzərinə töküb bərabər şəkildə yayın.

180 dərəcəli isidilmiş sobada 45 dəqiqə bişirin. Hazır olduğunu çöp ilə yoxlayın.

Piroq 5-10 dəqiqə öz qabında soyuduqdan sonra qabdan çıxarıb tam soyudun və süfrəyə verin.

Nuş olsun!

Piroq resepti saftalili

Piroq resepti saftalili

Piroq resepti saftalili

Piroq resepti saftalili

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...
By | 2017-03-20T17:28:43+00:00 October 5th, 2016|Şirniyyatlar|6 Comments

6 Comments

  1. Mehin May 19, 2017 at 7:52 pm - Reply

    Bunu şaftalı yerine erikle de hazirlamaq olar?

    • Mujgan May 20, 2017 at 9:20 pm - Reply

      Bəli, olar

  2. bahar August 2, 2017 at 10:23 am - Reply

    Sud evezine ne istifade Ede bilerem?

    • Mujgan August 2, 2017 at 10:25 am - Reply

      Qatiq ve ya xama, o zaman yumurtalari elave etdikden sonra elave edin qatiq ve ya xamani ve qarishdirin.

  3. Nigar September 27, 2017 at 7:39 pm - Reply

    Qabdan rahat chixir sora, shaftalilar yapishmir ki?

    • Mujgan November 12, 2017 at 8:36 pm - Reply

      Bəli, rahat çıxır, yapışmır 🙂

Leave A Comment