Qiymeli makaron resepti.

Dadlı nahar yeməyi hazırlamaq istəyirsinizsə bu resept köməyinizə gələ bilər. Qiyməli makaron tez-tez hazırladığımız yeməkdir. Amma bu resepti bir de beşamel sousu və holland pendiri əlavə etməklə sobada bişirməyi yoxlayaq. Nəticə daha ləzzətli və tutumlu olacaq.

Lazım olan ərzaqlar:

  • 500 qr makaron (istənilən formalı)
  • 1 kq çəkilmiş ət
  • 1 ədəd soğan
  • 2 ədəd pomidor
  • 300 qr pendir ( mozarella və ya digər növ holland pendiri)
  • 3 stəkan süd
  • 100 qr kərə yağı
  • 3 xörək qaşığı un
  • Duz
  • İstiot

Makaronları duz və bir qaşıq zeytun yağı əlavə olunmuş suda qanadıb süzün.

Soğanı xırda doğrayıb yağda qızardın, üzərinə çəkilmiş əti töküb bir az bişirin və duz ,istiot əlavə edin.

Pomidorların qabığını soyub sürtkəcdən keçirin və ətə əlavə edib 15-20 dəqiqə suyu çəkilənə qədər bişirin.

Beşamel sousu üçün bir qabda kərə yağı ilə unu qovurun, üzərinə südü qarışdıraraq əlavə edin ki, un südün içərisində yumurlanmasın. Məhlul qatılaşana qədər qarışdıraraq bişirin və qaynayanda kənara çəkin.

Soba üçün qaba süzülmüş makaronun yarısını tökün və üzərindən sousun yarısını gəzdirin.

İkinci qat bişmiş qiyməni tökün.

Və qalan makaronu da töküb üzərindən sousun digər yarısını tökün.

Ən üstə sürtkəcdən keçirilmiş pendir tökün və sobada 180 dərəcədə 25 dəqiqə bişirin.

Nuş olsun!

Qiymeli makaron resepti

Qiymeli makaron resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...