Salat resepti qayganaqli.

Sizə az ərzaqla hazırlanan, çox yüngül və maraqlı dadı olan bir salat resepti teqdim edirəm. Adətən salatlara yumurtanı qaynadılmış formada istifadə edirik. Bu salatda isə yumurta qızardılmış-qayğanaq şəklində istifadə olunacaq.

Lazım olan ərzaqlar:

  • 200 qr toyuq döş əti
  • 3 ədəd yumurta
  • 200 qr qarğıdalı konservi
  • 3-4 orta boy duzlu xiyar
  • Mayonez
  • Duz
  • İstiot
  • Bitki yağı

Yumurtaları tək-tək bir qabda duz, istiot vurmaqla çırpın.

Hər yumurtanı ayrıca az yağda qızardın.

Hazır olan omletləri nazik, uzun doğrayın.

Toyuq ətini suda qaynadıb didin.

Turşu xiyari nazik, uzun doğrayın. Konserv qarğıdalının suyunu süzüb salata əlavə edin.

Sonda duz, istiot və mayonez vurub bütün ərzaqları qarışdırın.

Fərqli salat resepti axtarırsınızsa bu salatı bəyənəcəyinizə əminəm.

Nuş olsun!

Salat resepti qayganaqli

Salat resepti qayganaqli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...