Sorba resepti kuftecikli.

Bu gün sizə sadə və çox ləzzətli şorba resepti təqdim edəcəyəm. Bol tərəvəzli, vermeşil və lobyalı, kiçik küftəciklərlə hazırlanmış bu şorba bizim evdə çox sevilir.

Lazım olan ərzaqlar:

  • su və ya bulyon
  • yarım stəkan lobya
  • 1 ədəd bibər
  • 1 ədəd kök
  • 200-300 qr çəkilmiş ət
  • 2 ədəd soğan
  • 1 ədəd kartof
  • 1 ədəd pomidor
  • yarım stəkan xırda vermeşil
  • duz, istiot, sarıkök zövqə görə

Əvvəlcə bulyonu hazırlayaq və əti ət çəkən maşından keçirək.

Əgər ət sümüklüdürsə, sümükləri ayırıb bir qazana qoyun, üzərinə su əlavə edib qaynadın. Əgər ətiniz sümüksüzdürsə şorbanı bulyonsuz, adi su ilə də hazırlaya bilərsiz, küftəciklərin dadı bişəndə suya çıxacaq.

Lobyanın üzərinə su alıb qaynamağa qoyun, bir az yumşalana qədər bişirin.

Əti soğan ilə birlikdə ət çəkən maşında çəkib, duz, istiot vurub qarışdırın.

Soğanı xırda doğrayıb yağda rəngi şəffaflaşana qədər bişirin.

Kökü və bibəri xırda doğrayıb soğanın üzərinə əlavə edin və bir az qovurun.

Pomidoru da xırda doğrayıb bura əlavə edin, bir az sarıkök töküb qarışdırın, hamısı birlikdə bişirin və altını söndürün.

Kartofu doğrayın.

Çəkilmiş ətdən xırda küftələr hazırlayın.

Lobyanın suyunu süzün.

Hazırladığınız bulyona və ya suya küftələri , kartofu, lobya və bişmiş tərəvəzləri və vermeşili töküb, duz əlavə edin və bişməyə qoyun. Kartof yumşalıb küftələr bişəndə altını söndürün.

Süfrəyə verəndə üzərinə xırda doğranmış göyərti səpin. Nuş olsun!

Sorba resepti kuftecikli

Sorba resepti kuftecikli

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...