Sudlu plov quru baliqla.

Azərbaycan mətbəxində plovun bir çox növləri var. Bunlardan biri də südlü plovdur. Bu reseptdə südlü plovu duzlu, quru hisə verilmiş balıq  və yağda qovrulmuş quru meyvələr ilə hazırlamışam. Fərqli iki dad – duzlu və şirin birlikdə çox gözəl ahəng yaradır. Siz də yoxlayın 🙂

Lazım olan ərzaqlar:

  • 1 st. düyü
  • 2 st. süd
  • 100 qr kərə yağı
  • 1 x.q şəkər tozu
  • 1 dolu olmayan x.q. duz
  • zəfəran  (5-6 tel)
  • çay qaşığının ucunda sarıkök

Üzərinə:

  • quru balıq
  • kişmiş
  • qaysı qurusu

Quru balığı təmizləyib yuyub kalka kağızına bükün və sobada 180 dərəcədə 30 dəqiqə bişirin.

Düyünü yuyub kərə yağında azca qovurun.

Üzərinə qaynar südü töküb, dəmlənmiş zəfəran, sarıkök, şəkər tozu və duz əlavə edib qapağını örtün və süd çəkilənə qədər az odda bişirin.

Başqa bir tavada bir az kərə yağında yuyulmuş kişmiş və qaysı qurusunu (istəyən xurma da vura bilər) azca su və bir çay qaşığı şəkər tozu əlavə etməklə az odda su çəkilənə qədər bişirin.

Düyünün südü tamam çəkiləndə 10-15 dəqiqə dəmə qoyub götürün.

Nuş olsun!

Sudlu plov quru baliqla

Sudlu plov quru baliqla

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...