Sulu xengel resepti.

Azərbaycan mətbəxinə aid olan məşhur xingalın bir neçə növü var. Bunlardan ən çox bişirilən süzmə xingal, buna bəzən yarpaq xingalı da deyirlər və sulu xingaldır. Sulu xingal əsasən Bakı mətbəxinə aid olub, qış aylarında hazırlanır. Xəmir düşbərə üçün olduğu kimi xırda dördkünc şəkildə kəsilib qurudulur. Quru xingalı uzun müddət qabda da saxlayıb lazım olduqda istifadə etmək olar. Sizi inandırım ki, heç bir makaron məmulatı evdə hazırlanmış xəmir məmulatlarına çata bilməz.

Lazım olan ərzaqlar:

Xəmir üçün:

  • Yumurta 1 ədəd
  • 1 st. un
  • 1 ç.q. duz
  • su

Digər ərzaqlar:

  • Yarım st. noxud
  • 1 kq sümüklü ət
  • 1 baş soğan
  • 1-2 x.q. tomat pastası

Un, yumurta və duzu bir qaba töküb üzərinə suyu az-az əlavə edə-edə xəmir yoğurun.

Xəmir yumşaq olmamalıdır, nə də çox bərk olmalıdır.

 

Xəmiri kündələrə ayırın.

Sonra düşbərə üçün olduğu kimi əvvəlcə ensiz uzun hissələrə, sonra həmin uzun hissələri də kiçik kvadratlara bölün.
Hazır olduqdan sonra xəmiri qurudub saxlaya da bilərsiniz.

Bir tavada kərə yağında xırda doğranmış soğanı qovurub üzərinə tomat pastası töküb bişirin.

Ətləri hissələrə bölüb, üzərinə su əlavə edib qaynadın, üzərinə axşamdan isladılmış noxudları əlavə edib bişirin.

Ət bişəndən sonra bulyona xingalı, qızartdığınız soğanı əlavə edib, duz tökün və 15-20 dəqiqə bişirin.

Süfrəyə verəndə üzərinə quru nanə səpin. Yanında sirkə, sarımsaq verin.

Nuş olsun!

Sulu xengel resepti

Sulu xengel resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...