Tava kababi resepti badimcanli.

Badimcanli tava kababi resepti.

Badimcanli tava kababi resepti.

Badımcan mövsümü artıq bitsə də, bu resepti sizinlə paylaşmaq istədim. Gələn mövsüm üçün bir kənara qeyd edin, badımcandan fərqli nə bişirim deyə düşünsəniz, bu resepti sınaya bilərsiniz.
Bu, Türkiyə mətbəxinə aid bir yeməkdir. Resepti blogunu çox sevərək izlədiyim Cahide Sultanın blogundan götürüb dəyişikliklər edərək hazırlamışam.

Ərzaqlar:

  • 2 ədəd böyük badımcan
  • 2 ədəd pomidor
  • 500 qr çəkilmiş ət
  • 1 ədəd soğan
  • 1 dilim bayat çörək
  • duz
  • qara istiot

Badımcanları zolaqlı şəkildə soyub , duzlayıb acısını çıxarmaq üçün 30 dəq kənara qoyun.

Sonra soyuq su ilə yuyun.

Çəkilmiş ətə xırda doğranmış və ya çəkilmiş soğan, 1 dilim suda isladılmış çörək, duz və istiot vurub qarışdırın.

Yeməyi bişirəcəyiniz qabı yağlayıb, ətdən doğranmış badımcanların ölçüsünə uyğun kiçik küftələr hazırlayıb əlinizlə bir az yastılayın.

Sonra dairəvi bir qaba sıra ilə bu şəkildə bir badımcan, bir küftə olmaqla düzün.

Üzərindən doğranmış pomidoru səpib, bir az duz və az zeytun yağı tökün.

Qabın qapağını və ya qapağı yoxdursa folqa kağızı ilə ağzını bağlayıb 180 dərəcəlik sobada 1 saat bişirin. Badımcanlar çox yumşaq olmalıdır.

Sonra folqanı açıb 15-20 dəq üzəri qızarana qədər bişirin.

İsti-isti süfrəyə verin.

Tava kababi resepti badimcanli

Tava kababi resepti badimcanli

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...