Tiramisu resepti.

Tiramisu – 3 italyan sözündən ibarətdir, tira mi su – hərfi tərcümədə mənası – məni göylərə qaldır deməkdir. Bəziləri deyir ki, bu desertin yüksək kaloriyalı olması ilə əlaqədardır. Ancaq italyanlar belə deyirlər ki, bu deserti yeyərkən yüksək əhval-ruhiyyənin yaranması ilə əlaqədar bir addır.

Tiramisunu heç bir tort, sufle və ya pudinq ilə müqayisə etmək olmaz. Bu, çox zərif italyan desertidir.

Ev şəraitində bu deserti hazırlamaq çox asandır, bunun üçün sizə maskarpone pendiri, qadın barmaqları (Savoiardi) qurabiyəsi, qəhvə, yumurta və şəkər tozu lazımdır.

Lazım olan ərzaqlar:

  • 500 qr maskarpone pendiri
  • 4 yumurta
  • 5 x.q. şəkər kirşanı
  • 200 qr hazır Savoiardi qurabiyəsi
  • 300 ml soyuq tünd dəmlənmiş qəhvə
  • kakao tozu

Yumurtaların ağını sarısından ayırıb ağları şəkər kirşanının yarısını əlavə etməklə mikser ilə ağarıb bərkiyənə qədər çalın.

Sarıları şəkər kirşanın digər yarısı ilə ağarana qədər çalın.

Üzərinə maskarpone pendirini töküb çəngəllə əzib qarışdırın.

Yumurta ağlarını töküb ehtiyatla qarışdırın.

Krem hazırdır.

Qəhvə dəmləyib soyudun, hər qurabiyəni 2 saniyə qəhvəyə batırıb qaba düzün.

Qurabiyələri düzdükdən sonra kremləyib ikinci sıra eyni qayda ilə düzün və üstünə qalan kremi çəkin.

Ən üstə kakao səpin.

3-4 saat soyuducuda qaldıqdan sonra nuş edə bilərsiz. Əsl tiramisu qaşıqla götürülür və servis olunur, restoranlardakı kimi səliqəli kəsiklərlə yox. Mən şəkil gözəl çıxsın deyə bıçaq ilə kəsmişəm.

Nuş olsun!

Tiramisu resepti

Tiramisu resepti

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...