Turk boreyi.

Turk boreyi

Turk boreyi

Fillo xəmiri Yunan mətbəxinin yeməklərində istifadə olunur. Türk mətbəxində isə yufka adlanır. Mən Pekindən Türkiyə istehsalı yufka tapa bilmədiyimə görə fillodan istifadə etdim. Ancaq siz Azərbaycanda asanlıqla böyük marketlərdən börek bişirmək üçün yufka tapa bilərsiz.

Lazım olan ərzaqlar:

  • 1 paket fillo və ya böreklik yufka

İçi üçün:

  • 500 qr çəkilmiş ət
  • 1 ədəd böyük soğan
  • 1 dəstə cəfəri (və ya zövqə görə digər göyərtilər)
  • duz, istiot, sarıkök

Sous üçün:

  • 3/4 stəkan bitki yağı
  • 3/4 stəkan qatıq
  • 1 yumurta
  • duz və istiot

Üzərinə:

  • Çörək otu və ya küncüt

Sous üçün yağ, qatıq, yumurta, duz və istiotu bir qabda qarışdıraq.

İçi üçün soğan ilə çəkilmiş ətə duz, istiot və sarıkök əlavə edib qovurun. Xırda doğranmış göyərtiləri əlavə edib qarışdırın.

Fillo xəmirindən 2 və ya 3 vərəqini üst-üstə qoyun, hər tərəfinə fırça ilə sousdan çəkin və bir kənarından içlik qoyun.

Ehtiyatla rulet şəklində bükün.

Alınan ruleti də gül formasında öz ətrafında büküb soba qabının ortasına qoyun və eyni prosesi qab dolana qədər təkrarlayın.

Sonda qalan sousu üzərinə töküb hər tərəfinə çəkin, çörəkotu və ya küncüt səpin.

Sobada 200 dərəcədə üzəri qızarana qədər bişirin.

Asan,tez başa gələn və çox ləzzətlidir. Əgər soyuducuda hazır xəmiriniz və qiyməniz varsa qəfil gələn qonaq üçün tez və asanlıqla hazırlaya biləcəyiniz bir yeməkdir. Əminəm ki, qonaqlar həm görünüşünü, həm də dadını bəyənəcəklər. Nuş olsun!

1 Star2 Stars3 Stars4 Stars5 Stars
Loading...